Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə ad hok iclası keçirilib

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə ad hok iclası keçirilib Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bu gün paytaxtda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin İKT üzrə məsul nazirlərinin ad hok iclası keçirilib.
İKT
26 May , 2022 15:21
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT üzrə ad hok iclası keçirilib

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bu gün paytaxtda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin İKT üzrə məsul nazirlərinin ad hok iclası keçirilib.

"Report" xəbər verir ki, tədbiri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və TDT-nin Baş katibi Bağdad Amreyev açıq elan ediblər.

R.Nəbiyev çıxışında Azərbaycanın TDT çərçivəsində əməkdaşlığa, xüsusilə İKT sahəsində iş birliyinə böyük önəm verdiyini bildirib. O, qeyd edib ki, rəqəmsal transformasiya hökumətin gündəliyində duran prioritetlərdən biridir, ölkənin işğaldan azad edilmiş ərazilərində “ağıllı” şəhər və kəndlərin qurulması, eləcə də ənənəvi şəhərlərin “ağıllı” şəhərlərə transformasiyası qarşıda duran əsas hədəflərdir.

R.Nəbiyev TDT ölkələrinin şirkətlərini Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “ağıllı” şəhər layihələrində iştiraka dəvət edib. Nazir vurğulayıb ki, rəqəmsal transformasiyanın genişlənməsi 4-cü sənaye inqilabına keçidlə yanaşı, kibertəhlükələr üçün yeni sahələr və hədəflər yaradır.

R.Nəbiyev kibertəhlükəsizlik sahəsində, eyni zamanda e-imzaların tanınması ilə bağlı həm çoxtərəfli, həm də ikitərəfli formatda işlərə başlanılması təklifini irəli sürüb. O, Nazir, həmçinin TDT ölkələri arasında “Mobil Cihazın Qeydiyyatı üzrə Müştərək Sistem”in yaradılmasının vacibliyinə diqqət çəkib.

Tədbirdə daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Bağdat Mussin, Türkiyə, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistanın təmsilçiləri çıxış ediblər.

TDT türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilata üzv dövlətlərdir. Macarıstan və Türkmənistan isə müşahidəçi statusundadır.

Son xəbərlər

Orphus sistemi