Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) informasiya təhlükəsizliyində yaxından iştirak edir.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.
“Söhbət COP29-un ehtiyatının bizim DATA mərkəzdə yerləşdirilməsindən, auditinin aparılmasından, bəzi telekommunikasiya məsələlərinin həllindən, eyni zamanda tədbirin ərazisinə “AzStateNet” qorunan internet şəbəkəsinin ötürülməsindən gedir. Bütün bu məsələlərlə bağlı işçi qrupla mütəmadi görüşlərimiz keçirilir və COP29 komandasına bütün köməklik göstərilir”,- deyə o qeyd edib.