"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib Məlumatda deyilir ki, CEMEA
İKT
18 May , 2023 17:24
TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

“Visa” beynəlxalq kart təşkilatında baş vitse-prezident, Mərkəzi və Şərqi Avropa-Yaxın Şərq-Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Tariq Abdullaya həvalə edilib.

CEMEA regionuna Azərbaycan da daxildir və T.Abdulla şirkətin Dubaydakı (BƏƏ) ofisində çalışacaq.

T.Abdullanın biznes sektorunda 20 ildən artıq iş təcrübəsi var və bundan əvvəl Yaxın Şərq- Afrika-Cənubi Asiya regionunda “TikTok”un baş meneceri kimi 9 regional ofisdə müvafiq komandalara rəhbərlik edib. O, həmçinin 10 il ərzində “Google” şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarında marketinq komandalarına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi