“TikTok Startup Academy”dən uğurla keçmiş startaplar üçün final seçimi olub

“TikTok Startup Academy”dən uğurla keçmiş startaplar üçün final seçimi olub Bu gün Bakıda “TikTok Startup Academy”dən uğurla keçmiş startaplar üçün final seçimi - “pitching” baş tutub.
İKT
28 Noyabr , 2023 12:46
“TikTok Startup Academy”dən uğurla keçmiş startaplar üçün final seçimi olub

Bu gün Bakıda “TikTok Startup Academy”dən uğurla keçmiş startaplar üçün final seçimi - “pitching” baş tutub.

“Report” xəbər verir ki, seçim prosesində türkdilli ölkələrdən 16 startap iştirak edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəklədiyi layihə çərçivəsində qalib 6 startapın hər birinə 2 000 ABŞ dolları mükafat veriləcək.

Müsabiqə ilə bağlı “Report”a açıqlama verən Agentliyin İnnovasiya ekosistemi departamentinin layihə meneceri Rüstəm Mədədzadə deyib ki, layihənin icrasında əsas məqsəd Azərbaycanı innovasiya sahəsində regional liderə çevirməkdir.

"Layihə “TikTok Startup Academy” və Agentliyin birgə təşəbbüsü ilə reallaşdırılıb. Bu çərçivədə türk dövlətlərindən olan startapların müəlliflərinə öz məhsullarının marketinq strategiyaları və qlobal bazara çıxışı istiqamətində müxtəlif mexanizmləri öyrənməsi istiqamətində təlimlər keçirilib. Bugünkü proqram çərçivəsində 16 startap komandası səhnədə öz məhsullarını təqdim etmək şansı qazanıb. Həmin 16 komandadan seçilmiş 6 komanda qrantla mükafatlandırılacaq. Həmin qrantla məhsulların marketinqi istiqamətində düzgün müştəri kateqoriyasının analiz olunması və hədəf kütləyə çatılması, marketinq strategiyasının qurulması mümkündür. İnanırıq ki, bu kimi tədbirlərin baş tutması startapların qlobal bazara çıxışının təmin olunmasında və düzgün müştəri kütləsinin təyin olunmasında effektiv olacaq”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi