“TikTok”da problemlər yaranıb

“TikTok”da problemlər yaranıb Dünyanın bir sıra ölkələrində “TikTok” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
İKT
124
16 Sentyabr , 2021 22:28
“TikTok”da problemlər yaranıb

Dünyanın bir sıra ölkələrində “TikTok” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı bildirib.

Avstraliya, Böyük Britaniya, Kanada, Finlandiya və İspaniyadan olan istifadəçilər əsasən mobil tətbiqetmənin işində yaranan problemlərdən şikayət edirlər. Eyni zamanda bəziləri serverə qoşula bilmir.

2018-ci ilin ortalarında fəaliyyətə başlamış Çinin “TikTok” sosial şəbəkəsi videoçarxlar yükləməyə imkan verir. Bu sosial şəbəkə populyarlığına görə yalnız feysbuk və instaqramdan geri qalır.

Son xəbərlər

Orphus sistemi