“TEXNOFEST-2023”də Azərbaycana məxsus 4 PUA layihəsi nümayiş etdirilib

“TEXNOFEST-2023”də Azərbaycana məxsus 4 PUA layihəsi nümayiş etdirilib İzmir Çiğli Hava Limanında aerokosmik və texnologiya festivalı - “TEXNOFEST-2023”də Azərbaycandan “Furkanoğlu Dəmir yumruq” stendi növbəti dəfə nümayiş olunub.
İKT
29 Sentyabr , 2023 15:01
“TEXNOFEST-2023”də Azərbaycana məxsus 4 PUA layihəsi nümayiş etdirilib

İzmir Çiğli Hava Limanında aerokosmik və texnologiya festivalı - “TEXNOFEST-2023”də Azərbaycandan “Furkanoğlu Dəmir yumruq” stendi növbəti dəfə nümayiş olunub.

Stendin rəhbəri, Muay Thai Federasiyasının prezidenti Araz Musayev “Report”un Türkiyə bürosuna bildirib ki, bu dəfə də "TEKNOFEST" İdarə Heyətinin sədri Selçuk Bayraktar və "Baykar"ın baş direktoru Haluk Bayraktarı "TEXNOFEST" ofisində ziyarət edib, stendin məhsulları haqqında məlumat verib.

O, stenddə Azərbaycana məxsus 4 pilotsuz uçuş aparatı layihəsinin nümayiş etdirildiyini söyləyib: “Dəstəklədiyimiz layihələrdən biri-Atlas C1 silahı 55-60 metr hündürlüyə çata bilən müəyyən koordinata bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilir. Atlas C1 layihəmiz haqqında Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Müdafiə Sənayesi İdərəsinin sədri Haluk Görgün, TÜBİTAK rəhbəri Hasan Mandal və digər məsul şəxslərə də məlumat verilib”.

Qeyd edək ki, sentyabrın 27-də başlayan festival oktyabrın 1-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi