“Tesla” sahibləri nasazlıq səbəbindən avtomobillərinə daxil ola bilməyiblər

“Tesla” sahibləri nasazlıq səbəbindən avtomobillərinə daxil ola bilməyiblər “Tesla” elektrikli avtomobil sahibləri şirkətin texniki nasazlığı səbəbindən dünən avtomobillərinə daxil olmaqda çətinlik çəkiblər
İKT
20 Noyabr , 2021 14:13
“Tesla” sahibləri nasazlıq səbəbindən avtomobillərinə daxil ola bilməyiblər

“Tesla” elektrikli avtomobil sahibləri şirkətin texniki nasazlığı səbəbindən dünən avtomobillərinə daxil olmaqda çətinlik çəkiblər.

“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilir ki, bir neçə onlarla “Tesla” sürücüsü sosial şəbəkələrdə şirkətin tətbiqinin düzgün işləməməsi səbəbindən avtomobillərinə minə bilmədiklərindən şikayətləniblər.

Baxmayaraq ki, “Tesla” nümayəndələri hələlik bu məsələ ilə bağlı şərh verməyib, şirkətin təsisçisi İlon Mask “Twitter”də Cənubi Koreyadakı “Model 3” sedanının sahiblərindən birinin oxşar şikayətinə “yoxlayırıq” cavabını verib.

Bundan başqa, internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətində “Tesla”nın elektron sistemlərində nasazlıqlar barədə 500-dən çox mesaj qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi