“Teorem.az” mobil təhsil platformasından ilk olaraq "Azercell" abunəçiləri istifadə edə biləcəklər

“Teorem.az” mobil təhsil platformasından ilk olaraq "Azercell" abunəçiləri istifadə edə biləcəklər Bu gün şirkətin dəstəyi ilə "TEOREM" - Test və Onlayn Repetitor Mərkəzinin təqdimatı keçirilib
İKT
121
29 İyun , 2017 17:56
“Teorem.az” mobil təhsil platformasından ilk olaraq Azercell abunəçiləri istifadə edə biləcəklər

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün "Azercell" şirkətinin dəstəyi ilə "TEOREM" - Test və Onlayn Repetitor Mərkəzinin təqdimatı keçirilib. 

Şirkətdən "Report"a verilən məlumata görə, tədbirdə Teorem.az internet resursu və eyniadlı mobil tətbiqlər təqdim edilib. 

Təqdimat mərasimində ölkənin təhsil və İKT ictimaiyyətinin nümayəndələri, dövlət və özəl sektorun təmsilçiləri iştirak ediblər. 

"TEOREM" həm orta məktəb şagirdlərinin və abituriyentlərin, həm magistraturaya hazırlaşan tələbələrin, həm də müəllimlərin faydalana biləcəyi onlayn platformadır. Resurs imtahan hazırlıq prosesi, testetmə bacarıqlarının qazanılması və biliyin dəyərləndirilməsi istiqamətində unikal imkanlar təqdim edir.

"TEOREM"in SMS ödəmə xidmətlərindən ilk növbədə "Azercell" abunəçilərinin istifadəsi mümkündür. "Azercell Telekom" MMC "TEOREM"dən daha effektiv və əlverişli şərtlərlə istifadə və platformanın mobil mühitə inteqrasiyası məslələrinə dəstək verib. Ölkənin lider mobil operatorunun bu layihədə iştirakının əsas məqsədi təhsilə, rəqamsal biznes mühitin inkişafına və yeni startapların yetişməsinə yardım etməkdir.

"TEOREM"in "Android" və "İOS" əməliyyat sistemləri üçün mobil tətbqiləri hazırlanıb. Mobil istifadəçilər müvafiq internet mağazalardan və ya teorem.az saytındakı linklərdən istifadə edərək tətbiqləri öz mobil avadanlıqlarına (mobil telefon, planşet, netbuk və s.) yukləyə bilərlər. Platforma haqqında daha ətraflı məlumat www.teorem.az saytındadır.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Son xəbərlər

Orphus sistemi