Teleqramın işində nasazlıq yaranıb

İKT
  • 01 mart, 2022
  • 18:52
Teleqramın işində nasazlıq yaranıb

Teleqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

"Report" xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Teleqram istifadəçilərinin 44%-i serverə qoşulma, 32%-i mesajların qəbulu, daha 21%-i girişlə bağlı problemlərdən şikayətlənirlər.

Əsasən Rusiya, Ukrayna, Almaniya, Niderland və bir sıra digər ölkələrin sakinləri problemlərlə üzləşiblər.

44 filmi