“Telegram”ın işində nasazlıq yaranıb

“Telegram”ın işində nasazlıq yaranıb “Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.
İKT
4 Oktyabr , 2021 23:45
“Telegram”ın işində nasazlıq yaranıb
0 : 00
0 : 00

“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Şikayətçilər tətbiqin işi, serverin qoşulması ilə bağlı problem yaşadıqlarını bildirir.

Nasazlıq haqqında şikayətlər daha çox ABŞ, Meksika, Kanada, Cənubi Amerika və bəzi Avropa ölkələrindən olan istifadəçilərdən gəlir.

“WhatsApp”dan keçən bütün yeni istifadəçilərə şadıq, lakin serverlər çətinliklə üzləşib” - “Telegram”ın məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi