TDGI-nin baş direktoru: "Texnoloji diplomatiya xarici siyasətin mərkəzinə çevrilib"

İKT
  • 19 noyabr, 2026
  • 12:39
TDGI-nin baş direktoru: Texnoloji diplomatiya xarici siyasətin mərkəzinə çevrilib

Texnoloji diplomatiya xarici siyasətin mərkəzinə çevrilib.

"Report" xəbər verir ki, bunu Texnologiya Diplomatiyası Qlobal İnstitutunun (TDGI) əməliyyatlar üzrə baş direktoru Sïmon Sanebak Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində panel müzakirələrdə (ICCD 2026) deyib.

Onun sözlərinə görə, bu, kiberdiplomatiya, süni intellekt və onun altındakı infrastruktur kimi mövzuları əhatə edən bir çətirdir: "Əgər masaya bir qayda qoymaq istəsəm, o, olduqca sadədir: Hər bir Xarici İşlər Nazirliyinə (XİN) iki dil bilən insanlar lazımdır - diplomatiya dili və texnologiya dili. Onlarsız dünyanın ən yaxşı çərçivəsi sadəcə kağız üzərində qalacaq. Azərbaycanda və ya regiondakı hər hansı digər ölkədə XİN-I götürsək, onlar yalnız digər hökumətlərlə deyil, həm də şirkətlərlə danışıqlar aparmalıdırlar. Əksər nazirliklər heç vaxt bu cür imkanlar üçün qurulmayıb, buna görə də kiberdiplomatiyasının və texnoloji diplomatiyasının rolu meydana çıxır".

Baş direktor hesab edir ki, süni intellekt xarici siyasəti də dəyişdirir: "Diplomatlar indi çiplər, bulud texnologiyaları, məlumatlar, modellər haqqında danışıqlar aparırlar. Bu danışıqlar iş yerlərini, təhlükəsizliyi və suverenliyi müəyyən edir. Bu, baş verərkən risk də onunla birlikdə hərəkət edib. Biz "deepfake"lərdən danışırıq, məsələn, bir nazirin ağzına yalan sözlər qoymaqdan danışırıq və bu dezinformasiya hər hansı bir təkzibdən daha sürətlə yayıla bilər. İndi bu risklərin aradan qaldırılması, əlbəttə, diplomatik işdir. Lakin daha da vacibi odur ki, biz bu barədə danışarkən, qarşı tərəf də bununla birlikdə dəyişib".

44 filmi