Tanınmış top-menecer "NEQSOL Holding"in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

Tanınmış top-menecer "NEQSOL Holding"in telekommunikasiya sahəsinə rəhbərlik edəcək "NEQSOL Holding" cənab Vasil Latsaniçin holdinqdə Telekom Rəhbəri vəzifəsinə təyinatını elan edir.
İKT
170
20 Sentyabr , 2021 13:55
Tanınmış top-menecer NEQSOL Holdingin telekommunikasiya sahəsinə rəhbərlik edəcək
Vasil Latsaniç

"NEQSOL Holding" cənab Vasil Latsaniçin holdinqdə Telekom Rəhbəri vəzifəsinə təyinatını elan edir. Vəzifə holdinq və onun tərkibində olan telekommunikasiya şirkətləri arasında koordinasiyanı daha da yaxşılaşdırmaq və holdinqin beynəlxalq telekommunikasiya arenasında inkişafını dəstəkləmək üçün yaradılıb.

"Report" holdinqə istinadən xəbər verir ki, Vasil Latsaniç telekommunikasiya sahəsində, o cümlədən Niderland, Ukrayna, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Hindistanda, 20 ildən çox beynəlxalq təcrübəyə malikdir. O, mobil və sabit telekommunikasiya, İT, bankçılıq və onlayn ticarət sahələrində zəngin təcrübəyə sahibdir.

"NEQSOL Holding"ə qoşulmazdan öncə, Latsaniç Rusiya telekommunikasiya operatoru "Beeline" şirkətinin Baş direktoru, Niderlandın "VEON" telekommunikasiya şirkətinin vitse-prezidenti, "MTS" şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmış, həmçinin "MTS Group"da Strategiya, Marketinq və Rəqəmsal İnkişaf üzrə vitse-prezident vəzifəsində işləyib. Latsaniç London Biznes Məktəbində "Executive MBA" dərəcəsinə yiyələnib.

Yeni vəzifəsində Vasil Latsaniç "NEQSOL Holding"in telekommunikasiya aktivlərinin strateji idarəetməsi və fəaliyyət bazarlarının genişlənməsi üzrə məsul şəxs olacaq.

Hazırda "NEQSOL Holding" Azərbaycan, Ukrayna və Gürcüstanda telekom aktivlərinə malikdir.

"NEQSOL Holding"in fəal inkişafı ilə bağlı Telekom Rəhbəri vəzifəsini yaratdıq və telekommunikasiya istiqamətini qlobal səviyyədə idarə etmək üçün Vasil Latsaniçi dəvət etdik. Əminik ki, o, holdinqin telekommunikasiya aktivlərinin komandalarını gücləndirəcək, müxtəlif ölkələrdə həmin aktivlərin təcrübə və ekspertizasını birləşdirəcək. Bazarı dərindən anlaması və telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə böyük təcrübəsi cənab Latsaniçə bütün fəaliyyət bazarlarımızda daha da inkişaf etmək üçün perspektivli telekommunikasiya strategiyasını hazırlamağa və tətbiq etməyə imkan verəcək", - deyə "NEQSOL Holding"in Baş icraçı direktoru Yusif Cabbarov bildirib.

"“NEQSOL Holding"ə biznesin fəal inkişafı dövründə qoşulmaqdan məmnunam. Əsas prioritetlərim holdinqin telekommunikasiya aktivlərinin inteqrasiyası, fəaliyyət bazarlarında səmərəli şəkildə konvergent xidmətlərin inkişafı və yeni bazarlarda inkişaf yollarını müəyyən etmək olacaq. Telekom sahəsində biznes üçün yeni imkanları kəşf etmək məqsədilə komanda ilə işləməyi səbirsizliklə gözləyirəm”, - Vasil Latsaniç qeyd edib.

"NEQSOL Holding"in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

Son xəbərlər

Orphus sistemi