SWIFT ödənişləri sürətləndirəcək yeni xidməti istifadəyə verib

SWIFT ödənişləri sürətləndirəcək yeni xidməti istifadəyə verib SWIFT beynəlxalq banklararası ödəniş sistemi az məbləğdə transsərhəd ödənişlərini daha tez və ucuz həyata keçirməyə imkan verən yeni xidməti istifadəyə verib.
İKT
29 İyul , 2021 16:01
SWIFT ödənişləri sürətləndirəcək yeni xidməti istifadəyə verib

SWIFT beynəlxalq banklararası ödəniş sistemi az məbləğdə transsərhəd ödənişlərini daha tez və ucuz həyata keçirməyə imkan verən yeni xidməti istifadəyə verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “SWIFT Go” adlı xidmətlə kiçik biznes və istehlakçılar dünyanın istənilən nöqtəsində birbaşa bank hesablarından sürətli və təhlükəsiz ödənişlər edə biləcək.

Yeni xidmət az məbləğdə ödənişlərin yollanmasını qiymət baxımından daha sərfəli edəcək. Digər tərəfdən ödəniş həyata keçirilən vaxt komissiya və mübadilə üzrə valyuta məzənnəsi əvvəlcədən bilinəcək. Ödənişin statusunu həm yollayan, həm də alan tərəf onlayn rejimdə izləyə biləcək.

Artıq yeni xidmətlə 7 beynəlxalq bank, o cümlədən Rusiyanın ən iri bankı olan “Sberbank” işləyir.

Son xəbərlər

Orphus sistemi