Rasim Əliquliyev: "Şuşada şəhərsalma üçün elektron xəritələr hazırlanacaq"

Rasim Əliquliyev: "Şuşada şəhərsalma üçün elektron xəritələr hazırlanacaq" “Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi nəzərdə tutulur.
İKT
28 Fevral , 2022 17:48
Rasim Əliquliyev: Şuşada şəhərsalma üçün elektron xəritələr hazırlanacaq

“Şuşa şəhərində müasir şəhərsalma konsepsiyasının reallaşdırılması məqsədilə elektron xəritələrin, verilənlər bazasının yaradılması və onların idarə olunması üçün intellektual üsulların, alqoritmlərin və sistemlərin işlənilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademyasının (AMEA) vitse-prezidenti Rasim Əliquliyev bildirib.

"Bu məsələlər AMEA-nın "Şuşa İli" ilə bağlı Tədbirlər Planına salınıb. Planda Şuşa şəhəri ərazisində radioloji və kimyəvi risklər” mövzusunda elmi konfransın, eləcə də Şuşada anadan olmuş görkəmli riyaziyyatçı və fizik alimlərin yubileyləri ilə əlaqədar beynəlxalq konfransların təşkilinin nəzərdə tutulur. 1752-ci ildə Qarabağ xanı Pənahəli xanın əsasını qoyduğu və bu il 270 illiyi qeyd olunacaq Şuşa zəngin inkişaf yolu keçib. Strateji mövqeyi ilə seçilən şəhər tarix boyu dəfələrlə hücumlara məruz qalıb, o cümlədən 1992-2020-ci illərdə işğal altında olub.

Ölkəmizin mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşanın milli intellektual potensialın inkişaf etdirilməsində xüsusi yeri var. Bütün bu məqamları nəzərə alaraq, Prezidentin 2022-ci ili “Şuşa ili” elan etməsi, bununla əlaqədar olaraq Sərəncam imzalaması müxtəlif dövlət orqanları və peşə sahibləri, o cümlədən Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyub" - deyə o qeyd edib.

R.Əliquliyev “Şuşa İli” ilə bağlı müxtəlif elmi istiqamətlərdə əsaslı tədqiqatların aparılması, bir sıra aktual problemlərin araşdırılması və onların həllinə Azərbaycan alimlərinin töhfə verməsinin vacib olduğunu vurğulayıb, AMEAnın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrini “Şuşa İli” çərçivəsində dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifə və tapşırıqların icrasında aktiv fəaliyyətə çağırıb.

Son xəbərlər

Orphus sistemi