Sürətli poçt xidməti göstərən operatorlarla görüş keçirilib

Sürətli poçt xidməti göstərən operatorlarla görüş keçirilib Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sürətli poçt xidməti göstərən poçt operatorları ilə görüş keçirilib
İKT
30 İyun , 2021 10:07
Sürətli poçt xidməti göstərən operatorlarla görüş keçirilib

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sürətli poçt xidməti göstərən poçt operatorları ilə görüş keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilən görüşdə nazirliyin, sürətli poçt xidməti bazarında fəaliyyət göstərən aparıcı operatorların və “Azərpoçt” MMC-nin nümayəndələri iştirak edib.

R.Rüstəmov poçt bazarındakı ümumi vəziyyət, dövlət və özəl sektorun əməkdaşlığı, bu sahədə nazirliyin həyata keçirdiyi tədbirlər barədə iştirakçılara məlumat verib. Daha sonra sürətli poçt xidməti göstərən operatorların fəaliyyətlərində üzləşdikləri çətinliklər və poçt sektorunun perspektiv inkişafı məsələləri müzakirə edilib.

Sonda bu kimi görüşlərin gələcəkdə daha intensiv keçirilməsi qərarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi