Superkameralı smartfonun təsviri yayıldı

Superkameralı smartfonun təsviri yayıldı İyunun 16-da təqdimatı nəzərdə tutulan yeni smartfonların qiyməti açıqlanmır
İKT
7 İyun , 2021 13:35
Superkameralı smartfonun təsviri yayıldı

“Honor” şirkəti yeni “Honor 50” smartfonunun görüntüsünü yayımladı.

“Report” xəbər verir ki, “Weibo”da yerləşdirilən rəsmi görüntüdə smartfonun arxa üzündə 108 MB-lıq ana kamerası görünür. Bundan başqa “Honor 50” daha üç kamera ilə də təchiz olunub.

Əsas modellə yanaşı təqdim olunacaq “Nonor 50 Pro” və “Honor 50+” da “Snapdragon” prosesoruna, fövqəlsürətli adapterə, yüksən çözümlü ekrana malik olacaq.

İyunun 16-da təqdimatı nəzərdə tutulan yeni smartfonların qiyməti açıqlanmır.

Son xəbərlər

Orphus sistemi