Süni intellekt ABŞ HHQ təyyarəsində ilk dəfə pilotu əvəz edib

Süni intellekt ABŞ HHQ təyyarəsində ilk dəfə pilotu əvəz edib Sınaq uçuşu zamanı ARTUµ alqoritmi aşkarlama avadanlığı və taktiki naviqasiya sisteminin istifadəsindən məsul olub.
İKT
17 Dekabr , 2020 11:33
Süni intellekt ABŞ HHQ təyyarəsində ilk dəfə pilotu əvəz edib

Süni intellekt “U-2 Dragon Lady” yüksək hündürlükdə uçan kəşfiyyat təyyarəsinin sınaq uçuşu zamanı ikinci pilotu əvəz edə bilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) çərşənbə günü yaydığı bəyanatda deyilir.

Süni intellekt ABŞ hərbi təyyarəsində ilk dəfə bu rolda istifadə edilib.

HHQ-də “vacib mərhələ” və “rəqəmsal dövrdə milli müdafiə sahəsində böyük sıçrayış” kimi qiymətləndirilən uçuş dekabrın 15-də həyata keçirilib.

ARTUµ kimi tanınan süni intellekt alqoritmi ABŞ HHQ alimləri tərəfindən işlənib hazırlanıb. Bəyanatda qeyd olunur ki, süni intellekt sisteminə ikinci pilotun yerinə yetirməli olduğu uçuş tapşırıqlarını həyata keçirmək “öyrədilib”. Belə ki, sınaq uçuşu zamanı ARTUµ alqoritmi aşkarlama avadanlığı və taktiki naviqasiya sisteminin istifadəsindən məsul olub. Sənəddə göstərilib ki, təyyarə raket zərbəsinin imitasiyası zamanı kəşfiyyat missiyası həyata keçirib, yəni ARTUµ alqoritminin əsas vəzifəsi düşmən raketlərini aşkar etmək olub.

Son xəbərlər

Orphus sistemi