"Startap Forumu-2024"ün komandalarına qrantlar ayrılıb

"Startap Forumu-2024"ün komandalarına qrantlar ayrılıb "MiniBoss Business School Baku"nun təşkilatçılığı, "Kapital Bank"ın dəstəyi ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında keçirilən sahibkarlıq üzrə "Startap Forumu-2024"ə qatılan komandalara qrantlar ayrılıb.
İKT
6 Aprel , 2024 17:57
Startap Forumu-2024ün komandalarına qrantlar ayrılıb

"MiniBoss Business School Baku"nun təşkilatçılığı, "Kapital Bank"ın dəstəyi ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında keçirilən sahibkarlıq üzrə "Startap Forumu-2024"ə qatılan komandalara qrantlar ayrılıb.

"Report" xəbər verir ki, 17 komanda tərəfindən təqdim olunan layihə münsiflər heyəti tərəfindən dəyərləndirilib və hər layihəyə qrantlar təyin edilib.

Layihələri qiymətləndirən münsiflər heyətinin üzvləri sırasında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev, “British Council”un Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Bakı Beynəlxalq Təhsil Mərkəzinin (NCUK) rəhbəri Bəsti Ağarzayeva, “PASHA Construction” MMC-nin baş icraçı direktoru Nigar Əliyeva, “Kapitalbank”ın İdarə Heyətinin üzvü Kamal Abdullayev, Britaniya Biznes Qrupunun sədri Con Patterson, “SOCAR Kapital”ın CEO-su Samir Kərimli, Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani Stallmayster olub.

"MiniBoss Biznes School Baku"nun direktoru Alina Xələfova komandalara ayrılan qrantları açıqlayıb. Belə ki, "Sketchio" layihəsini təqdim edən komanda startap üçün 1800 manat istəsə də, münsiflər heyəti layihəyə 1450 manat qrant ayırıb. Həmçinin "Lumeni" layihəsi üçün 990 manat (istənilən məbləğ 1300 manat), "Explore Azerbaijan" layihəsi üçün 1275 manat (istənilən məbləğ 1500 manat), “Dill Buzz" layihəsi üçün 850 manat (istənilən məbləğ 1200 manat), "Cashy" layihəsi üçün 940 manat (istənilən məbləğ 1100 manat), Special "Me" layihəsi üçün 630 manat (istənilən məbləğ 640 manat), "Flash Skateboard" layihəsi üçün 815 manat (istənilən məbləğ 1000 manat) məbləğində qrant verilib.

Bundan əlavə "Khari Touch" layihəsi üçün 1265 manat (istənilən məbləğ 1500 manat), "Imagicubes" layihəsi üçün 1440 manat (istənilən məbləğ 2000 manat), "Chaykhor" layihəsi üçün 1240 manat (istənilən məbləğ 1300 manat), "Connect & Care" layihəsi üçün 1065 manat (istənilən məbləğ 1200 manat), "Memory book" layihəsi üçün 625 manat (istənilən məbləğ 800 manat), "LinguaPlay" layihəsi üçün 850 manat (istənilən məbləğ 1200 manat), "Cultstick" layihəsi üçün 1180 manat (istənilən məbləğ 1700 manat), "Az-Bathty" layihəsi üçün 2050 manat (istənilən məbləğ 2500 manat), "Ecoleaf" layihəsi üçün 1100 manat (istənilən məbləğ 1200 manat), "Meyvali" layihəsi üçün 2015 manat (istənilən məbləğ 2100 manat) vəsait ayrılıb.

Tədbirdə qonaq qismində iştirak edən sahibkarlar da layihələrə dəstək olub. Belə ki, sahibkarların biri “Cashy” layihəsinə ayrılan qrantdan əlavə 1200 manat verib. “Global Food Company” "LinguaPlay" layihəsinə 1200 manat, “Eluks company” "Az-Bathty" layihəsinə əlavə olaraq 1000 manat dəstək dəstək olub, “Iteca Caspian” isə "Ecoleaf" layihəsində ilk alıcı kimi iştirak edərək 500 dəftərin sifarişçisi olub.

“Dayaq Group” MMC isə bütün komandalara 1000 manat məbləğində dəstək olub.

Son xəbərlər

Orphus sistemi