“Starlink”in işində problem yaranıb
İKT
- 19 avqust, 2025
- 02:48
Dünyanın bəzi ölkələrində istifadəçilər “SpaceX” şirkətinin “Starlink” peyk internetinin işində problemlərin yaranması barədə məlumat veriblər.
“Report”un xəbərinə görə, bu barədə “Downdetector” xidməti məlumat yayıb.
Ən çox şikayət ABŞ-dən gəlir. Habelə Böyük Britaniya, Almaniya, Kanada və Meksikada da problemlərin olduğu fəal şəkildə bildirilir.
İstifadəçilər əsasən internetə çıxışda problem olduğunu yazır. Bəzi istifadəçilər “Starlink” terminallarının ümumiyyətlə işləməməsindən şikayətlənir, bəziləri isə zəif siqnal qəbulunu qeyd edir.
Azərbaycanlı istifadəçilərdən oxşar mesajlar qeydə alınmayıb. Xatırladaq ki, “Starlink” Azərbaycanda martın 29-da fəaliyyətə başlayıb.
Son xəbərlər
08:40
Foto
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib
Formula 108:37
Foto
Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir
İnfrastruktur08:20
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:15
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb
Formula 108:12
Foto
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Xarici siyasət07:55
Bu gün Yasamal rayonu ilə Zirə qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika07:27
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
Region07:00
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
Formula 106:46