SPECA regionunda fiber-optik paylayıcı mərkəzlərin vahid şəbəkəsinin yaradılması təklif olunub

SPECA regionunda fiber-optik paylayıcı mərkəzlərin vahid şəbəkəsinin yaradılması təklif olunub Coğrafi mövqelərini nəzərə alaraq SPECA regionunda fiber optik paylayıcı mərkəzlərinin vahid şəbəkəsinin yaradılması təklif olunub.
İKT
21 Noyabr , 2023 14:25
SPECA regionunda fiber-optik paylayıcı mərkəzlərin vahid şəbəkəsinin yaradılması təklif olunub

Coğrafi mövqelərini nəzərə alaraq SPECA regionunda fiber optik paylayıcı mərkəzlərinin vahid şəbəkəsinin yaradılması təklif olunub.

"Report" xəbər verir ki, bu təkliflə Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda bu gün Bakıda "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda çıxış edib.

O bildirib ki, bu təşəbbüs nəinki region daxilində qarşılıqlı ticarəti dəfələrlə artıracaq, kənd təsərrüfatı məhsullarının mübadiləsinə də imkan yaradacaq.

"Son illər ərzində SPECA regionu rəqəmsallaşmanın inkişafı sahəsində müəyyən irəliləyişlər əldə edib. Bu istiqamətdə istifadə olunmamış potensial mövcuddur. Dayanıqlı inkişafı və əlaqələrimizi genişləndirmək üçün bir sıra təkliflərimiz də var. Təklif edirik ki, ticarət prosedurları sadələşdirilsin və tədricən SPECA ərazisində elektron ticarətin həcmi artırılsın. Həmçinin birgə rəqəmsal texnologiya layihələri həyata keçirə, IT mütəxəssislər hazırlaya bilərik. Bundan əlavə, rəqəmsal iqtisadiyyatın infrastrukturunun inkişaf etdirilməsini də təklif edirik", - A. Nuriddinzoda əlavə edib.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

Son xəbərlər

Orphus sistemi