"SpaceX" şirkəti "Starlink" İnternet peyklərinin yeni partiyasını orbitə çıxarıb
İKT
- 03 yanvar, 2024
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə dairəsini orbital artırmaq üçün 21 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxıb.
"Report" xəbər verir ki, bu barədə "SpaceX" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.
“21 “Starlink” peykinin çıxarılması təsdiqlənib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, raketin buraxılışı ötən gün Sakit Okean vaxtı ilə 19:44-də Kaliforniya ştatında yerləşən Vandenberq ABŞ Kosmik Qüvvələrinin bazasındakı SLC-4E meydançasından həyata keçirilib. Təxminən bir saat sonra peyklər orbitə çıxarılıb.
“SpaceX” artıq orbitə 5,6 mindən çox belə peyk çıxarıb, onlardan bəziləri uğursuz olub. Hazırda istifadədə olan internet peyklərinin sayı 5,2 mindir.
SpaceX вывела на орбиту новую партию интернет-спутников Starlink
SpaceX deploys direct-to-smartphone satellites in first launch of 2024
Son xəbərlər
17:20
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Xarici siyasət17:19
Foto
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub
Mədəniyyət siyasəti17:15
Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb - YENİLƏNİB
Fərdi17:08
Pakistanın bir əyalətində İmran Xanın tərəfdarlarının etirazları fonunda fövqəladə vəziyyət elan edilib
Digər ölkələr16:48
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
Digər ölkələr16:33
Çexiyada parlament seçkilərinin birinci turunda beş senator seçilib
Digər ölkələr16:15
Foto
Biləsuvarda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var
Hadisə16:03
Roma Papası ağciyərindən əməliyyat olunacaq
Digər ölkələr15:46