“SpaceX” kompaniyası daha 47 internet peykini orbitə çıxaracaq

“SpaceX” kompaniyası daha 47 internet peykini orbitə çıxaracaq “SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi bu gün qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 47 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxaracaq.
İKT
22 İyun , 2023 07:50
“SpaceX” kompaniyası daha 47 internet peykini orbitə çıxaracaq

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi bu gün qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 47 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxaracaq.

"Report" xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, buraxılış Sakit okean sahilləri vaxtı ilə saat 12:19-da (Bakı vaxtı ilə 11:19) ABŞ Kosmik Qüvvələrinin Vandenberq bazasında həyata keçiriləcək.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 90-cı qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 4,6 minə yaxın mini-peyk buraxıb. Onların 4,2 mini hazırda işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” layihə çərçivəsində orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi