​Skype fəaliyyətini tam bərpa edib

​Skype fəaliyyətini tam bərpa edib 10 saatdan artıq müddətdə istifadəçilər servisdən yararlana bilməyiblər
İKT
22 Sentyabr , 2015 10:53
​Skype fəaliyyətini tam bərpa edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Məşhur Skype xidmətinin yaradıcılarından ibarət komanda bu servislə bağlı yaranan problemin tamamilə aradan qaldırıldığını və istifadəçilərin bü xidmətdən tam istifadə edə bilməsi barədə məlumat yayıb. Bu barədə"Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Biz sevinc hissi ilə bildiririk ki, Skype xidmətinin fəaliyyəti tam bərpa olunub. Nümayiş etdirdiyiniz səbrə görə hamınıza təşəkkür edirik", - xidmətin "twitter" səhifəsində yazılıb.

Problemlər sentyabrın 21-də günorta saatlarından başlayıb. Skype istifadəçiləri faktiki olaraq dünyanın hər yerində bu xidmətə çıxışın olmamasından şikayətlənib. İstifadəçilər öz statusunu dəyişə və digər istifadəçilərlə ünsiyyət saxlaya bilməyiblər. 10 saatdan artıq müddətdə istifadəçilər servisdən yararlana bilməyiblər. 

Son xəbərlər

Orphus sistemi