Siyəzən-Türkmənbaşı kabel xətti Avropadan Cənubi Asiyaya ən qısa rəqəmsal dəhliz olacaq

Siyəzən-Türkmənbaşı kabel xətti Avropadan Cənubi Asiyaya ən qısa rəqəmsal dəhliz olacaq Azərbaycanla Türkmənistan arasında Siyəzən və Türkmənbaşı coğrafi nöqtələri arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi Avropa ilə Cənubi Asiya arasında ən qısa və məlumat ötürülməsində sürətin yüksək olduğu rəqəmsal dəhlizi forma
İKT
15 Noyabr , 2022 13:55
Siyəzən-Türkmənbaşı kabel xətti Avropadan Cənubi Asiyaya ən qısa rəqəmsal dəhliz olacaq

Azərbaycanla Türkmənistan arasında Siyəzən və Türkmənbaşı coğrafi nöqtələri arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi Avropa ilə Cənubi Asiya arasında ən qısa və məlumat ötürülməsində sürətin yüksək olduğu rəqəmsal dəhlizi formalaşdıracaq.

"Report" xəbər verir ki, bunu “AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “TürkmenTel 2022” konfransında çıxışı zamanı bildirib.

Avropanı Mərkəzi və Cənubi Asiyaya bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi 10-11 noyabr tarixlərində keçirilmiş “TürkmenTel 2022” konfransında təqdim edilib. Konfransda rəqəmsallaşma, vahid kommunikasiya, peyk texnologiyaları, kibertəhlükəsizlik kimi mövzular üzrə geniş müzakirələr aparılıb, təqdimatlar edilib.

F. Allahverdiyev konfransda “Bağlantı” (Connectivity) panelində çıxış edib. O, "AzerTelecom" şirkəti tərəfindən icra olunan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin Asiya seqmenti olan Xəzər dənizinin dibi ilə Azərbaycan-Türkmənistan marşrutu üzrə magistral fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) reallaşmasından danışıb.

Layihəyə böyük beynəlxalq marağı vurğulayan Fuad Allahverdiyev sualtı infrastruktur layihəsinin reallaşması üçün layihənin icraçıları ("AzerTelecom" və "TürkmenTelekom") tərəfindən birgə müəssisənin yaradılması istiqamətində işlərin başladığını qeyd edib.

Bildirilib ki, layihənin icrası Azərbaycan və Türkmənistanın telekommunikasiya sektoru, ümumilikdə isə regionda telekommunikasiya ekosisteminin inkişafına mühüm töhfə verəcək.

“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Son xəbərlər

Orphus sistemi