"Səyyar ASAN Xidmət" Türkiyədə 100-dən çox xidmət göstərib

"Səyyar ASAN Xidmət" Türkiyədə 100-dən çox xidmət göstərib Bu gün Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest Karadeniz" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil edilmiş "Səyyar ASAN xidmət"ə 100-dən artıq müraciət qeydə alınıb.
İKT
30 Avqust , 2022 17:39
Səyyar ASAN Xidmət Türkiyədə 100-dən çox xidmət göstərib

Bu gün Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest Karadeniz" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil edilmiş "Səyyar ASAN xidmət"ə 100-dən artıq müraciət qeydə alınıb.

Bunu "Report"un sualına cavab olaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

"Müraciətlərin sayının artması gözlənir. Türkiyə tərəfinin xüsusi dəvəti ilə "ASAN Xidmət" burada təmsil olunur. Azərbaycanın ayrıca stendi var. Eyni zamanda bu fürsəti dəyərləndirib "Səyyar ASAN Xidmət" mərkəzinin də fəaliyyətini təşkil etməyi düşündük. Əvvəlcədən vətəndaşlar arasında sorğu keçirdik və müəyyən etdik ki, onlar hansı xidmətləri istəyir. Sonra isə aidiyyatı dövlət qurumları ilə bu xidməti təşkil etdik. İlk dəfə bu, həyata keçirilir və buradakı təcrübə ilə gələcəkdə də ölkə xaricində yaşayan Azərbaycan vətəndaşlarına xidmət göstəriləcək. İndiyə qədər 100-dən çox xidmət göstərilib və hər gün 100-200 xidmətin göstərilməsi nəzərdə tutulub", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi