“Anam iqtisadçıdır və bizimlə birlikdə çalışır. Atam isə rəhmətə gedənə qədər hər zaman iş yerimdə idi. O da mühəndis idi. “Akıncı”nın konseptual dizaynını o hazırlayıb”.
“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
S.Bayraqdar ailəsinin ona daim dəstək verdiyini açıqlayıb:
“Anam hələ də çalışır və bizə dəstək olur. Əvvəllər isə kartlı kompüterlərdə proqramlaşdırma ilə məşğul olub.
Çətin günlərimiz olub. Təsəvvür edin: təyyarəni hazırlayırsınız, uçuracaq qalxma-enmə zolağı yox, yaxud uçurursunuz, amma qalxma-enmə icazələri qadağan edilir. Türkiyədə xaricdən alınma pilotsuz uçuş aparatları var. Bürokratik əngəllərlə yanaşı onların da yaratdığı problemlər mövcud olub.
Bu çətin günlərdə anamın bizə nəsihəti olub. Məhz onun nəsihəti bizə ən böyük dəstək oldu”.
Qeyd edək ki, "Bayraktar Akıncı" Türkiyənin inkişaf etdirilmiş pilotsuz uçuş aparatıdır. Onun inşasına 2017-ci ildə başlanıb və 2019-cu ildə ilk uçuş həyata keçirilib. Ümumi çəkisi 6 ton olan “Bayraktar Akıncı” 2021-ci ilin avqustunda xidmətə daxil edilib.