Səfir: Britaniya kibertəhlükəsizlik sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır

Səfir: Britaniya kibertəhlükəsizlik sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır Kibertəhlükəsizlik xidmətləri üzrə dünyada lider olan Böyük Britaniya bu sahədə Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır.
İKT
4 Mart , 2024 10:18
 Səfir: Britaniya kibertəhlükəsizlik sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır

Kibertəhlükəsizlik xidmətləri üzrə dünyada lider olan Böyük Britaniya bu sahədə Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old (Fergus Auld) Bakıda keçirilən “UK Cybersecurity Expo” sərgisinin açılışında deyib.

“Kiberhücumların kritik infrastrukturu hədəf aldığı, iqtisadiyyatımızı və cəmiyyətimizi təhdid etdiyi bir vaxtda bu təhlükələrlə mübarizə çox vacibdir. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev kibertəhlükəsizliyin inkişafını Azərbaycanın əsas prioritetlərindən birinə çevirib. Böyük Britaniya isə yaxın tərəfdaş kimi bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır”, - səfir bildirib.

Xatırladaq ki, tədbirdə Britaniyanın kibertəhlükəsizlik şirkətlərinin nümayəndələri iştirak edirlər. Onlar bu sahədə imkanlarını nümayiş etdirmək və yerli şirkətlərlə tərəfdaşlıq əlaqələri qurmaq üçün sərgiyə qatılıblar.

Son xəbərlər

Orphus sistemi