Səfir: “Astronavtika Konqresi Azərbaycan-Britaniya əməkdaşlığının genişləndirilməsinə kömək edəcək”

Səfir: “Astronavtika Konqresi Azərbaycan-Britaniya əməkdaşlığının genişləndirilməsinə kömək edəcək” Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycan və Böyük Britaniya arasında kosmos sektorunda əməkdaşlığın genişləndirilməsinə kömək edəcək.
İKT
4 Oktyabr , 2023 10:51
Səfir: “Astronavtika Konqresi Azərbaycan-Britaniya əməkdaşlığının genişləndirilməsinə kömək edəcək”

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycan və Böyük Britaniya arasında kosmos sektorunda əməkdaşlığın genişləndirilməsinə kömək edəcək.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Böyük Britaniya və “Azərkosmos” uzun illərdir ki, əməkdaşlıq edirlər və öz təcrübələrini bölüşürlər. Ümid edirəm ki, Beynəlxalq Astronavtika Konqresi ölkələrimiz arasında kosmos sektorunda əməkdaşlığın genişləndirilməsinə və yeni imkanların yaradılmasına kömək edəcək”, - səfir qeyd edib.

Son xəbərlər

Orphus sistemi