Sədr müavini: "ASAN Bridge”ə 52 dövlət qurumu inteqrasiya olunub"

Sədr müavini: "ASAN Bridge”ə 52 dövlət qurumu inteqrasiya olunub" Azərbaycanın ilk milli məlumat mübadiləsi sistemi “ASAN Bridge”ə indiyə qədər 52 dövlət qurumu inteqrasiya olunub.
İKT
19 Sentyabr , 2022 12:23
Sədr müavini: ASAN Bridge”ə 52 dövlət qurumu inteqrasiya olunub
Ceyhun Salmanov

Azərbaycanın ilk milli məlumat mübadiləsi sistemi “ASAN Bridge”ə indiyə qədər 52 dövlət qurumu inteqrasiya olunub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədr müavini Ceyhun Salmanov bildirib.

"2021-ci ilin aprel ayından istifadəyə verilmiş bu sistem üzərindən indiyə qədər 215 milyona yaxın məlumat ötürülüb. Bunun da 156 milyonu 2022-ci ilin payına düşüb", - o deyib.

Xatırladaq ki, “ASAN Bridge” Elektron Hökumət İnformasiya Sisteminin (EHİS-in) inteqrasiya modulu olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən, həmin ehtiyatlar və sistemlər arasında dayanıqlı və təhlükəsiz məlumat mübadiləsini təmin edir.

Son xəbərlər

Orphus sistemi