“iTicket” resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər

“iTicket” resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər Azərbaycan çempionu "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün nəzərdə tutuan biletlərin onlayn satışını həyata keçirən "iTicket" saytında yaranan problemlər m
İKT
15 Avqust , 2022 17:37
“iTicket” resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər

Azərbaycan çempionu "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün nəzərdə tutuan biletlərin onlayn satışını həyata keçirən "iTicket" saytında yaranan problemlər müxtəlif söz-söhbətə səbəb oldu. Bura saytın dayanıqlılığından tutmuş biletlərin “qara bazar”a çıxarılması üçün şərait yaradılması kimi fikirlər aiddir.

Saytın çökməsini ümumilikdə Azərbaycanın informasiya texnologiyaları sahəsində problem kimi qiymətləndirənlər də var.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Report”a sözügedən məsələdə qarışıq bir problemin olduğunu bildirir:

“Baş verənlər xoşagəlməz hadisədir. Azərbaycanın hazırda rəqəmsallaşmada inkişaf səviyyəsində olan resursun çökməsi, istifadəçilərin sifarişlərinə cavab verilməməsi doğru bir şey deyil".

Əslində nə baş verib?

O. Gündüz hesab edir ki, bu resursu hazırlayanlar, bunun arxasında duran komanda resursa müraciət edənlərin sayını nəzərə almayıblar:

"Birinci problem budur. Adətən hansısa bir internet resursu hazırlayərkən əvvəl onun bəlli bir tutumu, yaddaş resursları, ehtimal olunan hücumlar, onlara necə tab gətirəcəyi nəzərə alınmalıdır.

Görünür ki, “iTicket” saytı belə məsələləri nəzərə almayıb.

İkinci və daha çox diqqət çəkən amil isə odur ki, sistemin normal funksionallığı təmin olunmayıb.

İnsanlar ödəniş edir, bilet alır, kartlarından pul çıxılır, amma sistemdə göstərir ki, bilet alınmayıb. Yəni vətəndaş keyfiyyətli xidməti ala bilmir. Bu da sistemin bir qüsurudur. Resursu vaxtında testdən keçirib yoxlamaq lazım idi”.

O.Gündüz vəziyyətdən çıxış yolunu da göstərib:

“Birincisi, “Qarabağ” klubu alternativlərə fikir versəydi, yaxşı olardı. Yalnız bir resursun üzərindən onlayn satış yox, bir neçə resursdan sövdələşmələrin edilməsi doğru olardı. Bir rəqabətli mühit ola bilərdi.

İkinci isə, kibertəhlükəsizliklə bağlı yeni formalaşmış normalara görə ölkədəki bütün kütləvi tədbirlərin bilet satışı təchizatçısı olan “iTicket” şirkətinin “iTicket” resursu kritik informasiya infrastrukturu obyekti olaraq qəbul edilə bilər.

Belə olarsa, artıq onun təhlükəsizliyi ilə bağlı müstəvi dəyişmiş olacaq, ona qarşı yeni təhlükəsizlik tələbləri irəli sürüləcək”.

“iTicket”dən verilən məlumatda bildirilir ki, sayta 1 saat ərzində çox adam daxil olduğuna görə çökmə baş verib:

“Bir çox adam ödəniş edirdi, amma bilet ala bilmirdi. Bu da texniki problemlə bağlı idi. Hazırda hər hansı bir şikayət daxil olmayıb. Biletlərin hamısı satılıb. Artıq saytda satışda bilet yoxdur. Ola bilsin, kassalarda bilet qalıb”.

Osman Gündüz
Osman Gündüz

Məlumata görə, Azərbaycanda kritik informasiya təhlükəsizliyi qaydasının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna görə, kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin infrastrukturun sahibi, onun vəzifəli şəxsi və ya ona kibertəhlükəsizlik xidməti göstərən provayder (təchizatçı) tərəfindən pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına və funksionallığının təmin olunmasına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimələnəcək.

Kritik informasiya infrastrukturu obyektinə yönəlmiş kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatın müəyyən edilmiş qaydada kritik informasiya infrastrukturu subyekti tərəfindən aidiyyəti dövlət orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 1 000 manatadək məbləğdə cərimə olunacaq.

Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına dair tələblərin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 3 ay ərzində kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemini yaratmalı və onun funksionallığının təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməyəcək.

Xatırladaq ki, ötən gün Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem yaranmışdı.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq. Biletin qiyməti 5 manatdan 100 manata qədərdir. 17 min biletin artıq satıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi