“Samsung” son iki ayda Azərbaycanın planşet bazarındakı payının 19 %-ni itirib
- 04 avqust, 2025
- 14:07
Bu ilin iyul ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 45,86 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 3,59 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,02 faiz bəndi azdır.
Beləliklə şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 19 % olub).
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 4,2 faiz bəndi artaraq, illik isə 2,08 faiz bəndi azalaraq 28,9 % təşkil edib.
Növbəti pillədəki “Xiaomi”nin bazar payı aylıq 2,96 faiz bəndi, illik isə 0,76 faiz bəndi azalaraq 10,74 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan “Honor”un bazar payı aylıq 0,52 faiz bəndi, illik isə 3,24 faiz bəndi artaraq 4,8 % olub.
İlk beşliyi 4,19 %-lik bazar payı ilə adları açıqlanmayan brendlər qapayır. Onların bazar payı əvvəlki aya nisbətən 1,72 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,62 faiz bəndi artıb.