“Samsung” ötən ay Azərbaycanın planşet bazarındakı payının 42 %-ni itirib

İKT
  • 03 aprel, 2025
  • 15:13
“Samsung” ötən ay Azərbaycanın planşet bazarındakı payının 42 %-ni itirib

Bu ilin mart ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 42,6 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 31,2 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə isə 10,53 faiz bəndi çoxdur. Beləliklə şirkətin bazar payı əvvəlki aya nisbətən martda 42 % azalıb.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 9,23 faiz bəndi artaraq, illik isə 3,17 faiz bəndi azalaraq 20,96 % təşkil edib.

Üçüncü pillədəki “Honor”un bazar payı aylıq 14,48 faiz bəndi, illik isə 13,2 faiz bəndi artaraq 17,38 % olub.

Dördüncü pillədə qərarlaşan “Xiaomi”nin bazar payı aylıq 3,6 faiz bəndi, illik isə 3,73 faiz bəndi artaraq 9,03 % təşkil edib.

İlk beşliyi 7,5 %-lik bazar payı ilə adları açıqlanmayan brendlər qapayır. Onların bazar payı əvvəlki aya nisbətən 2,8 faiz bəndi artıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 18,92 faiz bəndi azalıb.