“Samsung” iyulda Azərbaycanın mobil cihaz bazarındakı payının 13 %-ni itirib

İKT
  • 02 avqust, 2024
  • 09:53
“Samsung” iyulda Azərbaycanın mobil cihaz bazarındakı payının 13 %-ni itirib

Bu ilin iyul ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 32,62 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 4,88 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,25 faiz bəndi azdır. Bununla da iyul ayı ərzində şirkət bazar payının 13 %-ni itirib.

İkinci pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 2,41 faiz bəndi azalaraq və 1,06 faiz bəndi artaraq 27,38 % olub.

Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı müvafiq olaraq 5,84 faiz bəndi və 4,21 faiz bəndi artaraq 16,8 % olub.

Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 1,56 faiz bəndi artaraq və 3,26 faiz bəndi azalaraq 14,38 % təşkil edib.

İlk beşliyi 3,17 % bazar payı ilə “Honor” qapayır. Şirkətin bazar payı əvvəlki aya nisbətən 1,13 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,77 faiz bəndi artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti