“Samsung” flaqman smartfonunun aşağı büdcəli versiyasını da təqdim edəcək

“Samsung” flaqman smartfonunun aşağı büdcəli versiyasını da təqdim edəcək “Galaxy S20 FE”nin Cənubi Koreyada artıq oktyabr ayından satışa çıxarılacağı, qiymətlərin 675-760 ABŞ dolları arasında dəyişəcəyi gözlənilir
İKT
14 Sentyabr , 2020 10:55
“Samsung” flaqman smartfonunun aşağı büdcəli versiyasını da təqdim edəcək

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti sentyabrın 23-də “Galaxy S20” flaqman smartfonunun aşağı büdcəli versiyasının onlayn təqdimatını keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Xatırladaq ki, korporasiya daha əvvəl gələn həftə “Galaxy Unpacked for Every Fan”  onlayn aksiyasının keçiriləcəyini açıqlasa da, tədbirin məğzi barədə məlumat verməyib.

“Yonhap” analitiklərinin fikrincə, təqdimat zamanı ilk dəfə fevralda işıq üzü görən “Galaxy S20”nin “Fan Edition” (fanatlat üçün versiya, FE) adlanan smartfonunun daha ucuz versiyası təqdim ediləcək. Agentliyin məlumatına görə, smartfonda üç arxa kamera, 120 Hz yeniləmə sürətinə sahib 6,5 düymlük ekran, 6 GB operativ yaddaş (RAM) və 128 GB həcmində yaddaş yeri olacaq.

“Galaxy S20 FE”nin Cənubi Koreyada artıq oktyabr ayından satışa çıxarılacağı, qiymətlərin 675-760 ABŞ dolları arasında dəyişəcəyi gözlənilir. Smartfonun standart versiyası isə 1 047 ABŞ dollarına satılır.

Son xəbərlər

Orphus sistemi