“Samsung” bir ayda Azərbaycanın planşet bazarındakı payının 9 %-ni itirib
- 03 fevral, 2025
- 13:01
Bu ilin yanvar ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 76,48 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin dekabr ayına nisbətən 7,61 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə isə 28,71 faiz bəndi çoxdur. Beləliklə şirkət bir ayda bazar payının 9 %-ni itirib.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 3,29 faiz bəndi artaraq, illik isə 22,22 faiz bəndi azalaraq 10,04 % təşkil edib.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 1,97 faiz bəndi artaraq, illik isə 1,88 faiz bəndi azalaraq 5,39 % olub.
Dördüncü pillədə qərarlaşan “Honor”un bazar payı aylıq 0,66 faiz bəndi, illik isə 1,79 faiz bəndi artaraq 3,46 % təşkil edib.
İlk beşliyi 3,31 %-lik bazar payı ilə adları açıqlanmayan brendlər qapayır. Onların bazar payı əvvəlki aya nisbətən 1,31 faiz bəndi artıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4,44 faiz bəndi azalıb.