“Samsung” Azərbaycanın planşet bazarındakı payının 1/4-dən çoxunu itirib
- 03 avqust, 2024
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyul ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 47,88 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 1,59 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 17,21 faiz bəndi azdır. Beləliklə şirkətin bazar payı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,4 % azalıb.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 3,5 faiz bəndi və 10,7 faiz bəndi artaraq 30,98 % təşkil edib.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 0,63 faiz bəndi və 4,54 faiz bəndi artaraq 11,5 % olub.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı müvafiq olaraq 2,27 faiz bəndi azalaraq və 0,99 faiz bəndi artaraq 3,57 % təşkil edib.
İlk beşliyi 1,56 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,13 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,55 faiz bəndi artıb.