“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirməkdə davam edir

İKT
  • 05 noyabr, 2024
  • 11:01
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirməkdə davam edir

Bu ilin oktyabr ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 45,03 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin oktyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 0,55 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 10,12 faiz bəndi azdır. Şirkətin bazar payı ardıcıl olaraq dördüncü aydır azalmaqda davam edir.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 5,12 faiz bəndi, illik isə 5,82 faiz bəndi azalaraq 25,36 %-ə düşüb.

Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 3,67 faiz bəndi, illik isə 6,18 faiz bəndi artaraq 12,47 % olub.

Dördüncü pillədə qərarlaşan “Honor”un bazar payı aylıq 2,32 faiz bəndi, illik isə 6,79 faiz bəndi artaraq 7,42 % təşkil edib.

İlk beşliyi 5,34 %-lik bazar payı ilə adları açıqlanmayan brendlər qapayır. Onların bazar payı sentyabr ayına nisbətən 0,69 faiz bəndi azalıb, 2023-cü ilin oktyabr ayının göstəricisi ilə müqayisədə isə 1,89 faiz bəndi artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti