Samir Məmmədov: “2026-cı ilin sonuna 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edəcək”

Samir Məmmədov: “2026-cı ilin sonuna 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edəcək” 2026-cı ilin sonuna qədər Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə etməsi planlaşdırılır.
İKT
4 Sentyabr , 2024 09:53
Samir Məmmədov: “2026-cı ilin sonuna 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edəcək”

2026-cı ilin sonuna qədər Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə etməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Kağızsız Hökumət: rəqəmsallaşma və ətraf Mühitə Təsiri" Beynəlxalq tədbirində deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 65 %-nin ilkin rəqəmsal bacarıqlara malik olmasına nail olmaq hədəflənir: “2024-cü ilin sonuna isə ev təsərrüfatlarını yüksək sürətli internetlə təmin etməyi planlaşdırırıq”.

Bu tədbirlər Azərbaycanda rəqəmsallaşmanın inkişaf strategiyası çərçivəsində aparılır. Strategiya rəqəmsal hökumət, rəqəmsal cəmiyyət, rəqəmsal biznes kimi üç sütundan ibarədir. S. Məmmədov hesab edir ki, rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafa və məhsuldarlığın artımına töhfə verir, xidmətlər və məlumatlara çıxış əldə etməyə imkan verir. Eyni zamanda, səhiyyə idarəetmə və təhsil sahəsinə töhfə verir.

Son xəbərlər

Orphus sistemi