Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin kommersiya tərəfdaşı ilə ilk inteqrasiyasını yekunlaşdırıb.
SİMA sahibkar həlli vasitəsilə bank sektoru üzrə xidmət və məhsullarının əlçatanlığını artıran ilk maliyyə təşkilatı “Yelo Bank” olub. Rəqəmsal imzanın bankın “Yelo” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Artıq fərdi sahibkarlar bankın filialına getmədən SİMA ilə “Yelo” tətbiqində qeydiyyatdan keçərək özlərinin şəxsiyyətini təsdiqlədə biləcəklər. Bununla da müştərilər istənilən vaxtda və istənilən yerdən “Yelo” tətbiqində qeydiyyatdan keçərək bankın fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmət və məhsullarına giriş əldə edəcəklər.
Hazırda “Yelo Bank” ilə SİMA arasında digər xidmətlər üzrə də inteqrasiya işləri sürətlə davam edir. Tezliklə fərdi sahibkarlar SİMA ilə “Yelo” tətbiqi üzərindən bankda onlayn hesab açılması prosesini də anında həyata keçirə biləcəklər. Həmçinin bankın müştərilərinin kredit üçün müraciət edərkən sənədləri SİMA ilə imzalamaq imkanı olacaq. Növbəti mərhələ üçün nəzərdə tutulan bu iki xidmətin istifadəyə verilməsi ilə sahibkarların xidmət mərkəzlərinə getməsinə, növbələrdə gözləməsinə, fiziki olaraq kağız sənədləri imzalamasına ehtiyac qalmayacaq.
“Yelo” mobil tətbiqi daxilində hesab üzrə əməliyyatları təsdiq edən sahibkarların
Qeyd edək ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə fərdi sahibkar imza sertifikatı əldə edəcəklər. Fərdi sahibkarlar SİMA rəqəmsal imza ilə
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın