Sabah “AZCLOUD Hackathon 2019”un iştirakçı komandalarının adları açıqlanacaq

Sabah “AZCLOUD Hackathon 2019”un iştirakçı komandalarının adları açıqlanacaq Sabah “AZCLOUD Hackathon 2019”da iştirak edəcək komandaların adları açıqlanacaq.
İKT
7 Avqust , 2019 13:35
Sabah “AZCLOUD Hackathon 2019”un iştirakçı komandalarının adları açıqlanacaq

Sabah “AZCLOUD Hackathon 2019”da iştirak edəcək komandaların adları açıqlanacaq. 

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Xatırladaq ki, qurumun nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı, “R.I.S.K Company”,”HPE Azerbaijan” “Azercell Telekom”, “TrendMicro”, “Bestcomp Group” “Juniper” şirkətlərinin sponsorluğu və“CISCO” şirkətinin eksklüziv tərəfdaşlığı ilə “AZCLOUD Hackathon 2019” müsabiqəsi keçirilir.

Bu müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gələcəklər. Yarışmada iştirak bir çox mütəxəssislərə özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlərə istedadlı gəncləri öz komandalarına cəlb etməkimkanı yaradır. Qalib komanda üçün mükafat 10 000 AZN nəzərdə tutulub.

Qeydiyyat yarışmanın veb səhifəsində (www.h.azcloud.az) bu il iyulun 1-də başlanıb və iyulun 31-də başa çatıb. Bütövlükdə bu ay ərzində 59 komanda daxilində 240 iştirakçı öz namizədliyini irəli sürüb. Onlardan tapşırığı düzgün yerinə yetirən və qeydiyyat mərhələsində tələb olunan məlumatları tam şəkildə təqdim edən ilk 20 komandayarışda iştirak üçün vəsiqə qazanacaqlar.

Yarışda iştirak edəcək komandaların adları avqustun 8-də yarışmanın rəsmi veb səhifəsi, sosial şəbəkədəki səhifələri və media vasitəsilə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019” Avropanın ən böyük idman arenalarından biri olan, 68 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda keçiriləcək. Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsi məqsədilə hər komanda üçün otaq (SkyBox) ayrılacaq və yarışma ərzində komandalar qida ilə təmin olunacaqlar.

Layihəyə dəstək olmaq və ən son məlumatları əldə etmək istəyənlər müvafiq elektron resurslarda yerləşdirilən məlumatları izləyə və paylaşa bilərlər.

Son xəbərlər

Orphus sistemi