Rusiyanın "Skolkovo" fondu azərbaycanlı startapçılara dəstək verəcək

Rusiyanın "Skolkovo" fondu azərbaycanlı startapçılara dəstək verəcək Bu barədə Fondun prezidentinin startaplarla iş üzrə müşaviri Pekka Vilyakaynen məlumat verib
İKT
17 Aprel , 2017 12:29
Rusiyanın Skolkovo fondu azərbaycanlı startapçılara dəstək verəcək

Bakı. 17 aprel. REPORT.AZ/ "Azərbaycanla Rusiya arasında münasibətlər hər sahədə yaxşı inkişaf edib. Rusiyanın "Skolkovo" fondu isə burada bu gün gənc və istedadlı startapçılara dəstək olmaq, onların qlobal bazara çıxmasını asanlaşdırmaq, şəbəkəsini genişləndirmək üçün öz imkanlarını təqdim edir". 

"Report" xəbər verir ki, bunu Fondun prezidentinin startaplarla iş üzrə müşaviri Pekka Vilyakaynen Bakıda keçirilən "Açıq İnnovasiyalar üzrə Startap Turu 2017" adlı tədbirdə deyib. 

"Tədbir çərçivəsində Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə hər hansı rəsmi sənədin imzalanması nəzərdə tutulmayıb. Bizim vəzifəmiz ilk növbədə iştirakçılara doğru yol göstərmək, biznes imkanlar açmaqdır. Çünki nazirliklə əməkdaşlığımız üçün baza var, bütün zəruri sənədləri imzalanıb. Bugünkü məqsədimiz sırf biznesdir və iştirakçıları həmin bazara təqdim etməkdir",- deyə P. Vilyakaynen bildirib.

NRYTN-nin nümayəndəsi Tahir Məmmədov isə əlavə edib ki, təmsil etdiyi qurum Azərbaycandakı startap mühitinin və startapçıların yeni innovativ ideyalarının dəstəklənməsi məqsədi ilə Rusiyanın "Skolkovo" fondu ilə əməkdaşlıq edir: "Bu bizim startapçılar üçün həm yaxşı şans, həm də səmərəli təcrübədir. Əməkdaşlığımızın Azərbaycanda mövcud startap prosesinə tövhə verəcəyinə inanırıq. Belə ki, "Skolkovo" fondunun fəaliyyəti, reallaşdırdığı layihələr ölkə çərçivəsindən çıxıb və region dövlətlərini də əhatə edir. Artıq Azərbaycan da bu prosesin bir hissəsinə çevrilib".

Son xəbərlər

Orphus sistemi