Rusiya ilə beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilib

Rusiya ilə beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Poçta Rossii” ilə aparılan danışıqlar nəticəsində yerüstü nəqliyyatla daşınan beynəlxalq poçt göndərişlərinin qəbulunu həyata keçirib.
İKT
15 May , 2020 16:50
Rusiya ilə beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Poçta Rossii” ilə aparılan danışıqlar nəticəsində yerüstü nəqliyyatla daşınan beynəlxalq poçt göndərişlərinin qəbulunu həyata keçirib. 

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Rusiya, Belarus və Ukraynadan Azərbaycana daxil olan poçt göndərişləri Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən ölkəmizə daxil olub. Həmçinin Ukraynadan Qırğızıstana göndərilən tranzit poçt göndərişlərinin daşınması təmin edilib.

Hazırda Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılması həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya hesab etdiyi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb. Bu baxımdan yerüstü nəqliyyat vasitəsi ilə poçt göndərişlərinin mübadiləsi mühüm əhəmiyyət daşıdığı üçün gələcəkdə bu istiqamətdə danışıqların digər ölkələrlə də aparılması nəzərdə tutulur.

“Azərpoçt”  yük aviaşirkəti ilə aparılan danışıqların nəticəsi olaraq 34 ölkəyə beynəlxalq poçt daşımaları həyata keçirir.

Son xəbərlər

Orphus sistemi