Ruanda prezidenti “Azərkosmos”un rəhbərini qəbul edib

Ruanda prezidenti “Azərkosmos”un rəhbərini qəbul edib Bakı. 9 may. REPORT.AZ/ Ruanda prezidenti Pol Kaqame (Paul Kagame) “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi qəbul edib.
İKT
9 May , 2018 16:27
Ruanda prezidenti “Azərkosmos”un rəhbərini qəbul edib

Bakı. 9 may. REPORT.AZ/ Ruanda prezidenti Pol Kaqame (Paul Kagame) “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevi qəbul edib. 

“Report” xəbər verir ki, bu barədə Ruanda prezidenti "Twitter" səhifəsində məlumat yayıb. 

Görüşdə iki ölkə arasında telekommunikasiya və peyk yayımı sahəsində ikitərfli əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, görüş Ruandanın paytaxtı Kiqalidə (Kigali) təşkil edilən Afrika Transformasiya Sammiti (Transform Africa Summit - TAS) çərçivəsində baş tutub. Mayın 7-10-da baş tutan TAS artıq 4-cü dəfədir ki, keçirilir. Burada Azərbaycanla yanaşı, Afrika və Avropanın yüksək rütbəli şəxsləri də iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi