Rövşən Rüstəmov: "Qarabağda baza stansiyalarının yerini əvvəlcədən müəyyən etmişik"

Rövşən Rüstəmov: "Qarabağda baza stansiyalarının yerini əvvəlcədən müəyyən etmişik" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baza stansiyasının yerini əvvəlcədən müəyyən edib.
İKT
355
27 Yanvar , 2022 12:31
Rövşən Rüstəmov: Qarabağda baza stansiyalarının yerini əvvəlcədən müəyyən etmişik

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baza stansiyasının yerini əvvəlcədən müəyyən edib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

"Ölkəmizdəki mobil operatorlardan biri gedib qülləni müəyyən yerdə qurur, digəri gətirib onun yanında öz qülləsini yerləşdirir. Bu, iqtisadiyyata və insanlara vurulan ziyandır. Qarabağda bu addımın atılması qadağan edilib Biz orda bu siyasəti həyata keçirməyə imkan vermədik. Əvvəldən müəyyən edildi ki, neçə baza stansiyası olacaq və hansı operator öz baza stansiyasını harada quraşdıracaq", - o qeyd edib.

Nazir müavini mobil operatorların ucqar yaşayış məntəqələrində şəbəkə qurmaqda maraqlı olmadıqlarını, bunun iqtisaid cəhətdən səmərəsiz olduğunu da deyib.

Son xəbərlər

Orphus sistemi