Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişib

Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişib Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin aprelin 10-da Naftalanda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salını
İKT
7 Aprel , 2023 16:22
Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin aprelin 10-da Naftalanda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı yenidən dəyişib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul aprelin 11-də, saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq üçün aprelin 8-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

12:52

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin aprelin 10-da Naftalanda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulun yeni tarixi barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi