Rəşad Nəbiyev Xızıda vətəndaşları qəbul edib
İKT
- 07 avqust, 2023
- 13:50
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xızı şəhərində vətəndaşları qəbul edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək.
Son xəbərlər
05:58
Vens: ABŞ-İran münaqişəsi yaxın aylarda yeni mərhələyə keçəcək
Digər ölkələr05:22
İsrail ordusu Rəfahda HƏMAS briqada komandirini öldürüb
Digər ölkələr04:50
Heqset və Pistorius ABŞ-Almaniya hərbi-sənaye əməkdaşlığını inkişaf etdirmək barədə razılaşıblar
Digər ölkələr04:18
WSJ: ABŞ kosmosdan hərbi istifadənin normallaşmasına çalışır
Digər ölkələr03:42
ABŞ İsrailə 2,8 milyard dollarlıq bombalar satmağı planlaşdırır
Digər ölkələr03:11
"Forbes": Trampın sərvəti 7 milyard dollara çatıb
Digər ölkələr02:45
Foto
Video
Bakıda avtomobil yanıb
Hadisə02:27
Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı düşünür
Digər ölkələr01:51