Rəşad Nəbiyev: “TEKNOFEST Azərbaycan” gənclərin innovasiya proseslərinin birbaşa iştirakçısına çevrilməsinə səbəb olacaq"

Rəşad Nəbiyev: “TEKNOFEST Azərbaycan” gənclərin innovasiya proseslərinin birbaşa iştirakçısına çevrilməsinə səbəb olacaq" “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən müsabiqələrin ikinci və üçüncü yer üzrə qalibləri təltif olunub və festival uğurla başa çatıb.
İKT
30 May , 2022 16:45
Rəşad Nəbiyev: “TEKNOFEST Azərbaycan” gənclərin innovasiya proseslərinin birbaşa iştirakçısına çevrilməsinə səbəb olacaq

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən müsabiqələrin ikinci və üçüncü yer üzrə qalibləri təltif olunub və festival uğurla başa çatıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.

R.Nəbiyevin sözlərinə görə, festivala maraq böyük olub:

"300 minə yaxın izləyicinin maraqla qatıldığı festivalın təşkilində əməyi keçən hər bir kəsə təşəkkürümüzü bildiririk. İnanıram ki, cənab Prezident İlham Əliyevin himayəsi ilə keçirilən “TEKNOFEST Azərbaycan”ın texnoloji müsabiqələri, tədbirləri gənc nəslin texnologiyalara marağının artmasına və innovasiya proseslərinin birbaşa iştirakçısına çevrilməsinə səbəb olacaq".

Son xəbərlər

Orphus sistemi