Rəşad Nəbiyev: "Startaplarla bağlı bu ilin sonuna qədər çox əhəmiyyətli addımlar atılacaq"

Rəşad Nəbiyev: "Startaplarla bağlı bu ilin sonuna qədər çox əhəmiyyətli addımlar atılacaq" Bu ilin sonuna qədər İKT sahəsində qanunvericiliyə ediləcək dəyişikliklər hesabına startaplar, həmçinin bu sahədə fəaliyyət göstərən şirkətlər üçün çox əhəmiyyətli addımlar atılacaq.
İKT
29 Noyabr , 2022 11:16
Rəşad Nəbiyev: Startaplarla bağlı bu ilin sonuna qədər çox əhəmiyyətli addımlar atılacaq
Rəşad Nəbiyev

Bu ilin sonuna qədər İKT sahəsində qanunvericiliyə ediləcək dəyişikliklər hesabına startaplar, həmçinin bu sahədə fəaliyyət göstərən şirkətlər üçün çox əhəmiyyətli addımlar atılacaq.

"Report" xəbər verir ki, bunu "Caucasus ventures" vençur fondunun təqdimatında Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

R.Nəbiyev əlavə edib ki, hazırda yeni sənədlər toplusu hazırlanır: "Mövcud qanunvericiliyə dəyişiklik edilməklə regionda istər sosial ödənişləri ilə bağlı olsun, istərsə gəlir vergisi ilə bağlı olsun, istərsə də dividend ödənişlərinə nisbətdə kifayət qədər vacib sənədlər toplusu hazırlanıb. Hesab edirik ki, bu da qəbul olunmaqla bazara, ümumiyyətlə ekosistemin inkişafına öz töhfəsini vermiş olacaq.

Biz bilirik ki, mövcud qanunvericilikdə vençur maliyyələşməsi ilə bağlı müddəa yoxdur. Amma innovativ olduqda mövcud qanunvericilikdə bunun həlli yolları var. Mülki Məcəllədə belə imkanlar var ki, biz artıq bundan istifadə etmişik. Ancaq vençur maliyyələşməsi ilə bağlı, ümumiyyətlə bu istiqamətdə ekosistemin formalaşması üçün ayrıca qanunvericilik toplusu da hazırlanmaqdadır. Biz bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə işləyirik".

Son xəbərlər

Orphus sistemi