Rəşad Nəbiyev: “Sahibkarların 60%-i yeni texnologiyalara pul qoymaq istəyir”

Rəşad Nəbiyev: “Sahibkarların 60%-i yeni texnologiyalara pul qoymaq istəyir” Azərbaycandakı sahibkarların 60%-i yeni texnologiyalara pul qoymaqda maraqlıdır.
İKT
369
28 Aprel , 2022 10:55
Rəşad Nəbiyev: “Sahibkarların 60%-i yeni texnologiyalara pul qoymaq istəyir”
Rəşad Nəbiyev

Azərbaycandakı sahibkarların 60%-i yeni texnologiyalara pul qoymaqda maraqlıdır.

“Report” REAL TV-yə istinadən xəbər veri ki, bunu sahibkarlarla görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Rəqəmsal transformasiya sadəcə rəqəmsallaşma xətrinə olmamalıdır, ölkənin üzləşdiyi çətinliklərin və çağırışların, iqtisadi artımın güzgüsü olmalıdır. Rəqəmsal transformasiyaya yatırılan investisiya əlavə dəyərin yaradılmasına, bu əlavə dəyər isə qısamüddətli deyil, uzunmüddətli məqsədlərə xidmət etməlidir. Rəqəmsal transformasiyanı həyata keçirərkən ikinci vacib amil inklüzivliyin təmin edilməsi, rəqabət qabiliyyətliliyinin artırılmasıdır. Nəticə etibarı ilə bizim cəmiyyət, iqtisadiyyat rəqabət qabiliyyətinin artrıılmasına yalnız və yalnız innovasiyalar yolu ilə keçməlidir.

Biz innovasiyalara yalnız effektivliyin artırılması yolu ilə deyil, müstəsna olaraq yeni bazar yaradan innovasiyalar yolu ilə baxırıq. COVID-19 dönəmi öz-özlüyündə yalnız ölkə sahibkarları üçün deyil, dünya sahibkarları üçün bir dərs oldu və bütün sahibkarlar öz biznes modellərinə yenidən baxmaq məcburiyyətində qaldılar. PWC şirkətinin bu yaxınlarda apardığı sorğuya əsasən, bizim sahibkarların təxminən 60%-i yeni texnologiyalara yatırım etmək təşəbbüsündədir. Onların bununla bağlı rəyi yalnız və yalnız təhsil, bacarıqların artırılması, eyni zamanda işçilərə olan tələbin “sən bu gün nə bilirsən” tələbi ilə deyil, “sən qısa müddətdə nə öyrənə bilərsən” istiqamətindədir. Bunun da yolu rəqəmsal transformasiyadan keçir”, - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi