Rəşad Nəbiyev özünə PR üzrə müşavir təyin edib

Rəşad Nəbiyev özünə PR üzrə müşavir təyin edib Bayramov Rəşad KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək
İKT
18 Mart , 2021 10:54
Rəşad Nəbiyev özünə PR üzrə müşavir təyin edib
Bayramov Rəşad

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev yeni müşavir təyin edib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Müşavir Bayramov Rəşad Bayram oğlu KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.

Rəşad Bayramov 1979-cu ildə anadan olub.

O, 1995 – 2001-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsil alıb.

2004-cü ildə Roçester Texnologiya İnstitutunda (ABŞ) Kommunikasiya və media texnologiyaları üzrə magistr dərəcəsi əldə edib.

R.Bayramov 2019 – 2020-ci illərdə Dyuk Universitetinin Fuqua Biznes Məktəbində (ABŞ) Strategiyaların icrası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.

2004-cü ildən fəaliyyətini BP şirkətində davam etdirən R.Bayramov müxtəlif vəzifələrdə işləyib. 2011 – 2018-ci illərdə BP şirkətinin Xarici işlər şöbəsinin müdiri, 2018 2021-ci illərdə isə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə transformasiya və modernləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Rəşad Bayramov 2016-cı ildən etibarən bir sıra beynəlxalq təhsil müəssisə və mərkəzlərində, o cümlədən ADA Universiteti, Koç Universiteti və Yaxın Şərq Liderlik Akademiyasında effektiv kommunikasiya mövzusunda mühazirə və seminarlar aparır.

Son xəbərlər

Orphus sistemi